EventsIqtisadiyyatMobil dünyaTəqdimat

Qarabağda “Zəfər”, “ŞAKİR” və “Şuşa” mobil stansiyaları qurulub

İşğaldan azad olunmuş torpaqlarımızda “Zəfər”, “ŞAKİR” və “Şuşa” mobil stansiyaları qurulub.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Frame.az-a bildirilib ki, “Belə-belə işlər” layihəsi Qarabağda ilk mobil rabitə şəbəkəsinin yaradılması barədə videosüjet hazırlayıb. Videosüjetdə işğaldan azad olunmuş Qarabağımızda ilk mobil rabitə şəbəkəsinin qurulması prosesi barədə ətraflı məlumat verilir.

Qeyd olunur ki, azad edilmiş torpaqlarımızın ilk rabitəçiləri Cəbrayılda “Zəfər” adlı stansiya qurub. Eyni zamanda, onlar “Şuşa-Ağdam-Kəlbəcər İmplementation Radio” sözlərinin abreviaturası olan “ŞAKİR” stansiyasını, eləcə də Şuşanın mərkəzində “Şuşa” stansiyasını quraraq istifadəyə veriblər.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərimizdə yeni texnologiyalar əsasında telekommunikasiya və poçt infrastrukturu qurulacaq, radio-televiziya yayımı genişləndiriləcək, modern sərnişindaşıma xidməti təqdim olunacaq, bir sözlə, əhaliyə keyfiyyətli nəqliyyat, telekommunikasiya və poçt xidmətləri göstəriləcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!