IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Qaraçuxur qəsəbəsində Zaur Şərifov küçəsi təmir olunur

2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə ümumi uzunluğu 18,5 kilometr təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 kilometr olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinə start verilib.

Bu çərçivədə qəsəbədə 700 metr uzunluğa malik Zaur Şərifov küçəsində aparılan təmir-tikinti işləri yüksək keyfiyyətlə icra olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!