2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq, Suraxanı rayonu üzrə ümumi uzunluğu 18,5 kilometr təşkil edən qəsəbədaxili küçə və yolda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, sözügedən rayonun Qaraçuxur qəsəbəsində ümumi uzunluğu 4,3 kilometr olan 4 küçədə və Şərq yaşayış massivi yolunda yenidənqurma işlərinə start verilib.
Bu çərçivədə qəsəbədə 700 metr uzunluğa malik Zaur Şərifov küçəsində aparılan təmir-tikinti işləri yüksək keyfiyyətlə icra olunur.