IdmanTəqdimatVoleybol

Qızıl Avropa Liqasında IV-cü turun oyunları keçirilib

Azərbaycan – Bolqarıstan 3:1 (25-20, 23-25, 25-21, 25-21);

Millimiz Dərnəgül Voleybol Mərkəzində “Bolqarıstan” seçməsi ilə qarşılaşıb. Səfərdə rəqibinə məğlub olan milli komandamız doğma azarkeşləri önündə bu məğlubiyyətin əvəzini çıxmaq niyyətində idi. İlk set “Azərbaycan” yığmasının 25:20 hesablı üsyünlüyü ilə yekunlaşdı.

İkinci set qonaqların 2 xallıq üsyünlüyü ilə başa çatdı 23:25. Növbəti iki setde qələbə qazanan millimiz Sofiyada’kı məğlubiyyətin əvəzini çıxmış oldu. Bu qələbə sayəsində “Azərbaycan” seçməsi Qızıl Avropa Liqasında üçüncü qələbəsini əldə edərək xallarının sayını 9-a yüksəltdi.

Görüşün ən yaxşısı 20 xal toplayan Yekaterina Jidkova seçilib.

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!