Site icon Frame.az

Qrippin qarşısını necə almaq olar?

Soyuq fəsillərdə insanlar daha tez-tez soyuqdəymə və qripp xəstəliklərinə yoluxur. Bu xəstəliklərin qarşısını almaq üçün sadə və çox effektli vasitələr mövcuddur.

Bu vasitələrdən biri burun-udlaq nahiyəsinin və ağız boşluğunun duzlu su ilə yuyulmasıdır. İnfeksiyalar orqanizmə əsasən burun və ağızdan daxil olur. Burun-udlağın və ağız boşluğunun duzlu su ilə yuyulması bura düşən mikrob və virusları mexaniki olaraq yuyub aparır, yerli immuniteti gücləndirir, damarları möhkəmləndirir.

Hər gün işdən və ya hər hansı ictimai yerdən (dükan, ictimai nəqliyyat, kinoteatr və s.) evə qayıtdıqda duzlu məhlulla burun-udlaq və ağız boşluğunu yaxşı yuyun.

Məhlul hazırlamaq üçün 1 stəkan 36-37 C temperaturunda olan qaynanmış suya yarım çay qaşığı adi xörək duzu əlavə edin, yaxşı qarışdırın ki, duz tam ərisin. Daha sonra suyu kiçik “sprinsovkaya” və ya 20 ml-lik iynəsiz şprizə yığın və burun-udlaq nahiyəsini yuyun. Bunun üçün başınızı aşağı əyin, bir qədər yana şevirin və suyu yuxarıda olan burun deşiyinə tökün. Su digər burun deşiyindən və ağızdan töküləcək. Daha sonra o biri burun deşiyini yuyun. Sonda ağız boşluğunu yaxşı qarqara edin.

Bu proseduranı gündə bir neçə dəfə edin.

Sağlamolun.az Frame.az

Exit mobile version