Martın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti nümayiş olunub.
Frame.az xəbər verir ki, baletsevərlər tərəfindən hər dəfə böyük maraqla qarşılanan bu səhnə əsəri bu dəfə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr edilib.
Əsas rollarda balet truppasının aparıcı solistləri Ayan Eyvazova (Odetta-Odilliya), Əməkdar artistlər Makar Ferştandt (şahzadə Ziqfrid) və Samir Səmədov (Rotbart) çıxış ediblər. Səhnə əsərində, həmçinin solistlərdən Elmira Süleymanova, Səbinə Hacıdadaş, Samirə Məmmədova, Leyla Narimanidze, Dilarə Mehdiyeva, Dinara Şirinova, Kamran Qurbanov da iştirak ediblər.
Balet Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.