MəsləhətSağlamlıq

Qulaqları pambıq çubuqla təmizləməyin zərərləri

Bir çoxlarımız qulaqlarımızı yuduqdan və ya duş qəbul etdikdən sonra pambıq çubuğu ilə təmizləyirik. Hətta bunu hər gün edənlər də az deyil. Sən demə qulaqları pambıq çöpü ilə təmizləmək zərərlidir. Qulaqların yalnız görünən hissəsini silmək lazımdır.

Qulaqları təmizləyən zaman pambıqlı çubuğu daha dərinə aparmaq olmaz. Çubuğu dərinə apardıqda, çirk daha da arxaya gedir və qulaq pərdəsində tıxanır. Bu isə eşitməmizə mənfi təsir edir.

Əslində, qulaq çirki faydalıdır. O, qulağı müxtəlif bakteriya, göbələk və həşəratlardan təmizləyir. Həmçinin, qulaq kanalını nəmləndirir.

Bəs qulaqları necə təmizləməli? Onu heç cür təmizləmək lazım deyil. Əgər ehtiyac yaranarsa, həkimə getmək məsləhət görülür.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!