İyunun 3-də İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında “İsveç Azərbaycan rəssamlarının gözü ilə” adlı plener keçiriləcək.
Frame.az xəbər verir ki, plener İsveçin ölkəmizdəki səfirliyinin təşəbbüsü, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.
Plener çərçivəsində rəssamlar öz əsərlərini açıq səma altında yaradacaqlar. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsli təmsil edən fırça ustaları da iştirak edəcək.
Plener sənətkarların özünü təkmilləşdirməsi, habelə gənc rəssamların dəstəklənməsi məqsədi ilə təşkil olunacaq.