Rabitəbank “Green Friday” kampaniyasına start verir!

Planları reallaşdırmaq üçün fürsətləri əlçatan edən “Rabitəbank” ASC bu dəfə “Green Friday” kampaniyası ilə müştərilərini kampaniyadan yararlanmağa dəvət edir. Kampaniya çərçivəsində müştərilər 30 min AZN-dək krediti 12 faizdən, 0 faiz komissiya və sığorta haqqı ilə əldə edə biləcəklər.

Qeyd edək ki, “Rabitəbank”ın təklif etdiyi kampaniya yalnız noyabrın 24-25-də baş tutacaq. Nağd pul kreditindən faydalanmaq istəyənlər bankın istənilən filialına müraciət edə, həmçinin saytdan onlayn şəkildə asanlıqla əldə edə bilərlər.

Otuz min manatadək nağd pul kreditini, həmçinin bankın digər əlaqə vasitələrindən: “Rabita Mobile” tətbiqindən; “RabitaBot” çatbotu ilə mesencer və ya teleqram vasitəsilə; “4133” qısa nömrəsinə “Kredit” yazıb göndərərək; “133” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: