Site icon Frame.az

® “Rabitəbank” “Lombard Krediti”nin komissiya faizlərini sıfırlayıb

“Rabitəbank” təcili pula ehtiyacı olanlara çox sərfəli şərtlərlə “Lombard Krediti” kampaniyasını təklif edir. Belə ki, müştərilər öz dəyərli zinət əşyalarını banka gətirməklə 20 min AZN-dək kredit əldə edə, 3,5 faiz endirim, üstəlik 0 faiz komissiya ilə kampaniyadan yararlana bilərlər. Müştəri əldə etdiyi krediti 36 ay müddətinədək ödəmək şansını əldə edəcək. Komissiya endirimindən yararlanmaq üçün kreditin rəsmiləşdirildiyi tarixdə müştərinin “Rabitəbank”da aktiv “Lombard Krediti” olmamalıdır.

Qeyd edək ki, 0 faiz komissiya kampaniyası iyulun 29-dək keçərlidir. “Rabitəbank” müştərilərini kampaniyadan yararlanmağa dəvət edir. 20 min AZN-dək “Lombard Krediti”ni bankın aşağıdakı əlaqə vasitələrindən – “RabitaBot” çatbotu ilə messencer və ya teleqram vasitəsilə; 4133 qısa nömrəsinə “Lombard” yazıb göndərərək; “133” Çağrı mərkəzinə zəng etməklə əldə etmək mümkündür.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

Exit mobile version