FinansIqtisadiyyatTurizmTəqdimat

® “Rabitəbank” yeni “Miles” keşbekini təqdim edir

Keşbekləri ilə bazarda ciddi rəqabət yaratmaqla müştərilər arasında rəğbət qazanan “Rabitəbank” “Kartmane” kartlarının yeni keşbek növünü təqdim etdi. Belə ki, mövcud olan keşbeklərə yeni 5-ci növ – “Miles” keşbeki əlavə olunub.

“Miles” keşbeki xüsusilə səyahəti sevənlər üçün sevindirici xəbərdir. Gündəlik xərcləri “Kartmane” ilə etməklə həmin məbləğlər millərə çevriləcək, yığılan millərlə istənilən ölkəni gəzmək mümkün olacaq.

“Miles” keşbeklərinin hesablanması belədir: Yanacaqdoldurma məntəqələrində edilən bütün ödənişlərdən 1 AZN=0.50 mil keşbek (minimum dövriyyə tələbi yoxdur); Sığorta ödənişlərində 1 AZN=0.75 mil keşbek (minimum dövriyyə tələbi yoxdur); Digər əməliyyatlar üzrə 1 AZN=1 mil keşbek (minimum dövriyyə tələbi yoxdur).

“Keşbek 5” paketi üzrə qazanılmış millər yığılmağa başladığı tarixdən 24 ay müddətində qüvvədədir.

“Keşbek 5” paketi istifadəsi zamanı bankın partnyor şəbəkələri ilə əldə edilmiş razılığa əsasən təyin edilmiş keşbek faiz dərəcələri əsasında toplanılan ballar 50 misli həcmində hesablanacaq.

Qeyd edək ki, müvafiq xərcləmələr (aviabilet, otel və rent a car ödənişi) aparıldıqdan 30 gün müddətinə xərclənilən vəsaiti millərə dəyişmək mümkündür. Hazırda aktiv olan keşbekinizi “Miles” keşbek növünə çevirə və “Miles” haqqında ətraflı məlumatı https://rbt.az/miles-cashback rəsmi saytından əldə edə, “133” “Çağrı” mərkəzi ilə əlaqə saxlaya və yaxud “Rabitəbank”ın sosial şəbəkə profilləri üzərindən müraciətinizi bildirə bilərsiniz:

Instagram: https://www.instagram.com/rabitabank

Facebook: https://www.facebook.com/rabitabank

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, “133” Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!