® “Rabitəbank”a yeni uğurlu təyinat olub

“Rabitəbank” ASC təcrübəli bank əməkdaşını öz sırasına cəlb edib

Frame.az-ın məlumatına görə, Elşən Akif oğlu Abdullayev bankın Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edilib.

Ümumilikdə, bank sahəsində 16 ildən artıq təcrübəyə malik olan A.Elşən uzun illər “Accessbank”da müxtəlif vəzifələrdə çalışmış, 2014-cü ildən etibarən fərqli regionlarda filial müdiri kimi fəaliyyət göstərib. 2018-ci ildə “Bank Respublika” ASC-nin “Sumqayıt” filialının direktoru vəzifəsinə qəbul edilib, daha sonra 2021-ci ildə həmin filialın direktoru – KOS kreditləri üzrə regional direktor olaraq çalışıb. Elşən Abdullayev 2022-ci ildə “TuranBank” ASC-nin Biznes Bankçılıq Departamentinin direktoru vəzifəsinə təyin edilib. O Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ümumi İqtisadiyyat sahəsində bakalavr təhsili alıb.

“Rabitəbank” ASC Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: