FinansIqtisadiyyatTurizmTəqdimat

Rabitəbank gənclərin inkişafı çox önəmli bir layihəyə sponsor oldu!

®Rəqəmsal dünya inkişaf etdikcə, təcrübəli mütəxəssislərə tələbat artır. “Rabitəbank” ASC “Azərbaycan Jurnalistlər Şəbəkəsi” ilə birlikə gənclər üçün “Rəqəmsal dünyada jurnalistika” layihəsinə start verir.

Layihə çərçivəsində iki ay müddətində jurnalistikaya marağı olan və bu sahədə fəaliyyət göstərmək istəyən gənclər üçün silsilə təlim sessiyaları təşkil olunacaq. Təlimlərdə müasir rəqəmsal alətlərdən istifadə edərək xəbərlərin hazırlanması, eləcə də biznes xəbərlərinin istehsalına dair müxtəlif bilik və bacarıqlar öyrədiləcək.

Layihə müddətində iştirakçılar ölkənin tanınmış jurnalistləri, həmçinin rəqəmsal sahə üzrə mütəxəssislərin təlimlərində iştirak edə biləcəklər. Bundan başqa, gənclər üçün ölkənin aparıcı media qurumlarına səfər turları təşkil olunacaq.

Təlimlər ölkənin ən müasir rəqəmsal mərkəzlərindən birində – “Lotfi Zadeh Technology Center”də baş tutacaq. Bu layihədə “Rabitəbank” ASC “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nə tərəfdaş qismində dəstək nümayiş etdirir.

Təlimlərdə iştirak seçim turu vasitəsilə həyata keçiriləcək. Seçim turuna qatılmaq üçün aşağıdakı linkə keçid edərək müraciət formasına zəruri məlumatları daxil etmək mümkündür:

Layihənin anons videosunu aşağıdakı linkdən izləyə bilərsiniz:  HYPERLINK “https://youtu.be/43-Up7aTxQ0” t “_blank”
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!