Site icon Frame.az

Real hadisələr əsasında çəkilmiş filmlər

İzlədiyimiz bir çox filmlər hər hansı əsər və ya real hadisələrə əsaslanır. Sizə real hadisələr əsasında çəkilmiş filmlərin siyahısını təqdim edirik:

Lənət\ The Conjuring. Bu Film 1971 – ci ildə ABŞ-da Harrisville, Rhode Adasında vahiməli bir ferma sahəsindəki evdə baş vermiş hadisələr əsasında çəkilib.

 

127 saat. Bu film amerikalı alpinist Aron Ralstonun hekayəsi əsasında çəkilib. O, Blue John Vadisində 2003 -cü ildə qaya parçaları arasında 6 gün sıxılıb qaldıqdan sonra öz əlini özü amputasiya edərək xilas olmuşdur.

 

Alkatrazdan qaçış. Filmdə ən güclü nəzarət sisteminə malik olan Alkatraz Adalarında yerləşən həbsxanada baş vermiş yeganə uğurlu qaçış cəhti ekranlaşdırılıb.

 

Qapıdakı düşmən. Film Sovet snayperinin real həyat hekayəsi əsasında cəkilib. Vasili ikinci dünya müharibəsi dövründə Sovet Respublikalarının qəhrəmanı olub.

 

Ovsunçu\ The Exorcist. Ronald Doe adlı şəxsin 1949- cü ildə qeydə alınmış cin çıxartma\ eksorsizm faktına əsaslanır. Hadisədə bədəninə cin girmiş 12 yaşlı qızdan sğhbət gedir.

Exit mobile version