Makedoniyanın paytaxtı Skopyedə İspaniyanın “Real Madrid” və İngiltərənin “Mançester United” komandaları arasında keçirilən oyunda UEFA Superkubokunun qalibi müəyyən olunub.
Frame.az xəbər verir ki, Çempionlar Liqasının son qalibi “Real Madrid” Avroliqanı qazanan “Mançester”i 2:1 hesabı ilə məğlub edərək superkubokun sahibi olub.
Bakı vaxtı ilə saat 23:45-də qarşılıqlı hücumlarla başlayan matçın 24-cü dəqiqəsində “Real Madrid”in futbolçusu Kasemiro hesabı açıb. Fasiləyə 1:0 hesabı ilə üstün yollanan madridlilər ikinci hissənin əvvəlində daha bir dəfə fərqləniblər. İsko matçın 52-ci dəqiqəsində hesabı iki topa çatdırıb. Oyunun 62-ci dəqiqəsində Lukaku hesab arasındakı fərqi minumuma endirib – 2:1. Oyunda başqa qol vurulmayıb.
Bununla da “Real Madrid” tarixində dördüncü dəfə superkuboka sahib çıxıb.
Qeyd edək ki, 1972-ci ildən keçirilən Avropa superkubokunu ən çox hərəsi beş dəfə olmaqla “Barselona” və “Milan” komandaları qazanıblar.