Red Bull Dance Your Style qlobal müsabiqəsinin milli finalçısı seçildi. Heydər Əliyev Mərkəzinin parkında keçirilən yerli seçim mərhələsində 16 nəfər iştirakçıdan göy rəng altında çıxış edən Malik təxəllüslü Məlikməmməd Abdullayev tamaşaçıların ən çox səsini toplayaraq bütün təkbətək mübarizələrdə rəqiblərini üstələməyi bacarıb.
Red Bull Dance Your Style yarışının milli finalçısı olan Malik ölkəmizi Frankfurtda keçiriləcək qlobal finalda təmsil edəcək.
Səhnəyə ilk olaraq çıxan gənc və istedadlı reper A.T Xtkr Red Bull Dance Your Style rənglərində olan qırmızı və göy saçları ilə və məhz yarış üçün hazırladığı treklə bütün tamaşaçıları ələ almağı bacardı.
Daha sonra keçirilən rəqqasların təkbətək mübarizəsində isə sözü tədbirə toplaşan 6 mindən çox tamaşaçı deməli idi. Bir-birindən bacarıqlı və istedadlı olan finalçıların çıxışları arasından seçim etmək tamaşaçılar üçün doğrudan da çətin oldu. Hətta bir neçə dəfə auditoriyanın bərabər səsini toplayan rəqqaslar onlara verilən həlledici raundda bütün güclərini və bacarıqlarını ortaya qoyaraq tamaşaçıların doğru seçim etməklərinə kömək oldular.
Rəqqaslardan əlavə səhnəyə çıxan gənclərin sevimlisi Hiss və Orxan Zeynallı ilk dəfə olaraq məhz Red Bull Dance Your Style üçün “Sing Your Style” adlı ortaq trek ifa etdilər.
Red Bull Dance Your Style müxtəlif küçə üslublu rəqslərin nümayiş olunduğu beynəlxalq rəqs yarışmasıdır.
Tədbirin rəsmi tərəfdaşı Bank VTB Azərbaycan.
Daha ətraflı: REDBULL.COM