IdmanTəqdimatƏyləncə

“Red Bull Paper Wings” yarışına hazırlaşmaq vaxtıdır!

Kağız Qanadlarla pilotluq xəyallarını reallaşdırmağa hazırsan?

Kəmərləri bağla, uçuşa keçirik! Özü də kağız qanadlarla! Necə? Gəl izah edək.

“Red Bull Paper Wings”, bütün dünyadan ən yaxşı kağız pilotlarını bir araya gətirən yarışdır. Builki Azərbaycan dayanacaqları isə belədir:

✈ Azərbaycan Memarlıq və İnşaat Universiteti — 7 mart, saat 13:00;

✈ Milli Aviasiya Akademiyası — 11 mart, saat 13:00.

Sənə ən uyğun yeri və tarixi seçərək uçuş xəyallarını gerçəkləşdirə bilərsən! Bunun üçün ehtiyacın olanlar isə çox sadədir: bir az pilotluq həvəsi, bir az kreativlik və əlbəttə ki, əl bacarığı. Yəni, kağızdan təyyarə düzəltmək üçün hər şey! Bundan sonra 3 kateqoriya üzrə yarışa biləcəksən:

Məsafə;

Havada qalma müddəti;

İlk iki kateqoriyanı, yəqin ki, anladın — düzəltdiyin təyyara, bütün təyyarələr arasından ən uzun müddət havada qalan və ya ən çox məsafəni qət edən olarsa, qalib sənsən! Bu kateqoriyalar üzrə yarışmaq üçün 7 və 11 mart tarixlərini gözlə.

Əgər yarışmaq üçün səbirsizlənirsinizsə, elə indi bir kağız parçası götür və qatlamağa başla! Çünki onlayn keçirilən aerobatika kateqoriyası üzrə yarışmaq üçün gözləməyinə ehtiyac yoxdur. Sadəcə olaraq yaradıcılığını işə sal və 30 saniyəyə qədər davam edən video rolikdə kağız təyyarə şousu göstər. Videonu @redbullaz və #redbullpaperwings heşteqlərindən istifadə edərək “TikTok”-da paylaş və #azərbaycan teqini əlavə etməyi unutma. Bacarıqlarını üç hakim üç meyara əsasən qiymətləndiriləcək: ictimaiyyətin reaksiyası, uçuş performansı və yaradıcılıq.

Nəzərə almalı olduğun bəzi məqamlar da var — təyyarəni sadəcə standart, çəkisi 100 qramdan ağır olmayan A4 kağızını qatlayaraq düzəltməlisən. Başqa sözlə desək: vərəqi cıra və ya formasını dəyişmək üçün əlavə vasitələrdən istifadə edə bilməzsən. Həmçinin, yarışlar qapalı məkanda, külək, kondisioner və s. kimi təsirlərdən kənarda keçiriləcək.

Qeyd edək ki, milli qaliblər ən yüksək mükafat uğrunda mübarizə aparmaq üçün Salzburqun möhtəşəm Hangar-7 arenasında keçiriləcək Dünya Finalına bilet qazancaq. Burada isə hər bir kateqoriyanın çempionu məşhur “Flying Bulls” ilə uçmaq imkanı əldə edəcək!

Ətraflı məlumat üçün paperwings.redbull.comsaytına daxil ola bilərsən.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!