IdmanTəqdimatƏyləncə

“Red Bull Qaçaqaç” tədbiri tezliklə start götürür

Snoubord ya da xizəkləri hazırla, qeydiyyatdan keç və qışın dadını sonuna qədər çıxar!

İdmansevərlərə şad xəbər: ilin ən böyük qış idman növü tədbirinə artıq qeydiyyat başlayıb.

Əgər səndə snoubord və xizəklə istər professional, istərsə də həvəskar kimi məşğul olursansa, bu tədbiri qaçırma deyərdik.

“Red Bull Qaçaqaç” fevral ayının 5-i Şahdağ Turizm Mərkəzinin qarlı dağlarında baş tutacaq. Əgər yaşın 18-dən yuxarıdırsa, qatılmaq üçün lazımın olan tək şey həvəsdir — qazanacağına inanır və ya sadəcə əylənmək istəyirsənsə, səni də aramızda görməkdən şad olarıq.

Tədbirdə qarlı dağın zirvəsindən öz xizək və ya snouborduna doğru qaçıb, işarələnmiş yerdə sıçrayış edəcəksən. Və budur — artıq yarışdasan! Qazanmaq üçün sadalanan 5 nəfərdən olmalısan:

Ən sürətli snoubord sürən qadın;

Ən sürətli snoubord sürən kişi;

Ən sürətli xizək sürən qadın;

Ən sürətli xizək sürən kişi;

Öz geyim tərzi və ya bacarıqları ilə seçilən yarışçı.

Aha, düz anladın — qalib olaraq sadəcə 1 yox, 5 nəfər axtarışındayıq. Niyə də onlardan biri olmayasanki?

Amma qazanmasan belə, narahatlığa dəyməz — finiş xəttində ilin ən böyük “Après-Ski”, yəni “xizəkdən sonra” partisi səni gözləyəcək!

Qısası, “Red Bull Qaçaqaç”a qoşulan hər kəs unudulmaz bir təcrübə ilə ayrılacaq.

Qeyd edək ki, yerlər məhdud saydadır. Elə indi qeydiyyatdan keç!

Qeydiyyat: www.redbull.az/qachaqach

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!