Baku City CircuitFormula 1Idman

“Red Bull Racing” komandasının pilotu Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub

İyunun 12-də Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappenin qələbəsi ilə başa çatıb.

İkinci yeri onun komanda yoldaşı meksikalı S.Peres tutub. “Mersedes” komandasının britaniyalı sürücüsü Corc Rassel isə yarışı üçüncü sırada tamamlayıb.

Beləliklə, mövsümdə beşinci qələbəsini qazanan M.Ferstappen xal ehtiyatını 150-yə çatdıraraq pilotların reytinq siyahısında mövqeyini daha da yaxınlaşdırıb.

Bakıda ikinci, tarixində isə iyirminci qələbəsini qazanan “Red Bull Racing” komandası 260 xalla builki dünya çempionatında liderliyini gücləndirib.

Qeyd edək ki, “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton günün sürücüsü seçilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!