IdmanTəqdimatTəqdimatƏyləncə

“Red Bull Qaçaqaç” yarışının qalibləri bəlli oldu

Qış mövsümünün ən maraqlı və həyəcanlı tədbiri olan “Red Bull Qaçaqaç” sona çatdı.

150 nəfərdən çox iştirakçının qatıldığı tədbirdə xizək və snoubord sürənlər bir araya gələrək yarışdılar.

“Şahdağ Turizm Mərkəzi”ndə keçirilən “Red Bull Qaçaqaç” tədbirinə həm həvəskar həm də peşəkar qış idman sevərləri qatılıb. 2351m yüksəklikdən start götürən yarışda iştirakçılar əvvəlcədən hazır qoyduqları snoubord və xizəklərinə doğru qaçmalı, onları sürətlə geyinərək 5 km-lik məsafəni sürüşməli idilər.

Nəticədə ən sürətli sürüşən 5 nəfər qalib seçildi. Xanımlar arasında ən sürətli xizək və snoubord üzrə Nigar Əmirova və Günel Teymur, kişilər arasında isə ən sürətli xizək və snoubord sürən Rauf Mirzəmov və Cahangir Muradov “Red Bull Qaçaqaç” yarışının qalibləri seçildi.

Subaru Azərbaycan Avtomobil Mərkəzinin tərəfdaşlığı ilə keçirilən Red Bull Qaçaqaç tədbirində “ən kreativ geyim” kateqoriyası üzrə iştirakçısı İlkin Əliyev öz görünüşü ilə hər kəsin diqqətini çəkməyi və münsiflərdən ən yüksək xal toplamağı bacararaq yarışın qalibi oldu.

Bütün kateqoriyalar üzrə qalib gələnlər “Red Bull”dan 500 azn pul mükafatı və müxtəlif hədiyyələr, həmçinin “Şahdağ Turizm Mərkəzi”ndən vauçerlər qazandılar.

Ölkəmizdə artıq ikinci dəfədir baş tutan “Red Bull Qaçaqaç” yarışı “Red Bull Homerun” adı ilə dünyanın bir çox ölkələrində keçirilir.

Əsas məqsəd qış idman növlərinə olan marağı artırmaq və insanlara əyləncəli anlar bəxş etməkdir.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!