Qışın ən əyləncəli tədbiri olan “Red Bull Qaçaqaç”a qeydiyyat başladı

Qışın ən əyləncəli və ekstrim dolu idman yarışına qeydiyyat başladı.

Red Bull snoubord və xizək sürənləri 4 fevral tarixində “Red Bull Qaçaqaç” yarışında bir araya toplayacaq.  

Şahdağ Turizm Mərkəzində keçiriləcək yarışda yaşı 18-dən yuxarı hər kəs iştirak edə bilər.  Əsas şərt qaçmaq, sürət və finiş xəttinə birinci çatmaqdır. Belə ki, start nöqtəsində toplanan iştirakçılar öz snoubordlarına və xizəklərinə tərəf qaçaraq, sürətlə onları geyinməli və qeyd olunan məsafəni sürüşməlidirlər. 

Ən sürətli sürüşən və öz geyimi ilə hər kəsi təəccübləndirməyi bacaran iştirakçılar arasından qaliblər seçiləcək:

Ən sürətli snoubord sürən qadın;

Ən sürətli snoubord sürən kişi;

Ən sürətli xizək sürən qadın;

Ən sürətli xizək sürən kişi;

Öz geyimi və ya bacarıqları ilə seçilən yarışçı.

Yarışdan sonra iştirakçılar üçün ənənəvi “Après-Ski”, yəni “xizəkdən sonra” partisi keçiriləcək. Burada hər kəsi fərqli atmosfer, əyləncə və ünsiyyət gözləyir. Bir sözlə “Red Bull Qaçaqaç”a qoşulanlar unudulmaz bir təcrübə ilə ayrılacaq.

Sürüşmək üçün qaç, qazanmaq üçün sürüş!

Elə indi qeydiyyatdan keç!

Qeydiyyat: REDBULL.AZ/QACHAQACH

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: