CinemaEventsTəqdimatƏyləncə

CinemaPlus-da Elvisin Retro tədbiri

“CinemaPlus Amburan Mall” premium kinoteatrında, açıq səma altında “rok-n-roll kralı” Elvis Preslinin həyat və yaradıcılığından bəhs edən bioqrafik filmin təqdimatı keçirilib.

“SDesign” şirkəti tərəfindən olunan bəzədilmə hamını heyran etdi, çünki dekor vintaj üslubunda idi: güzgülü diskoteka şarları, vinil plastinalar, səhnə və işıqlandırma.

Aparıcı və Azərbaycan Dövlət Akademik Rus Dram Teatrın aktyoru Rüstəm Kərimov qonaqları salamlayıb və təqdim edib.

“Merry Band” peşəkar musiqi qrupu 60-70-ci illərin ab-havasını yaradaraq retro mahnılar ifa edib.

Elvis Preslinin obrazı üzərində qrim ustası, əməkdar artist Maksud Məmmədov çalışıb.  Filmin qəhrəmanı obrazını aktyor İlxan Sadıqov canlandırıb və bu, tədbirin qonaqlarında xoş nostalji hissləri yaradıb.

Elvis filmində baş qəhrəmanı canlandıran Ostin Batlerin musiqi təhsili olduğu üçün onun obrazı ilə yaxşı uyğunlaşdı.

Batler filmdəki mahnıları özüifa etdiyini təsdiqləyib. Bunun üçün aktyor çəkilişlərə başlamazdan əvvəl tam bir il səs müəllimləri ilə işləyib. Rolundan danışan Batler qeyd edib ki, Elvisin qohumları, Elvisin özü və onu çox sevən digər insanlar qarşısında böyük məsuliyyət hiss edir.

Tom Henks Preslinin meneceri Tomas Parker rolunu oynadı.

Filmdə Elvisin həyat yoldaşı rolunda Olivia DeConq, onun valideynləri kimi Prissilla Presli, Helen Tomson və Riçard Roksburq, Nataşa Bassett, Lyuk Breysi, Devid Uenem, Deyker Montqomeri və başqaları rol alıb.

“Oskar” namizədi Baz Lurman rejissorluq və prodüserlik etmişdir.

Elvis Preslinin həyatı və musiqisinin hekayəsi onun meneceri, polkovnik Tom Parker ilə mürəkkəb münasibətlər prizmasından göstərilib. Onlar 20 ildən çox bir yerdə işlədilər: Elvisin karyerasının başlanğıcından onun misilsiz şöhrətinə qədər.

Tədbirin təşkilində dekor şirkəti “S Design”, “DÜKKAN” restoranı, foto və video “Light in Black” kreativ şirkəti, “Savalan Winery” şirkəti, Magic Mirror, “Merry Band” musiqi qrupu, qəhvə “Tupinamba”, Somersby, Coca-Cola, Bonaqua və Red Bull dəstək göstəriblər.

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

 

http://https://www.youtube.com/watch?v=ZXrPVS49A9U&feature=youtu.be

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!