Rikkardo və Kvyat Formula 1 SOCAR Azərbaycan Qran-Prisində mübarizəni erkən dayandırıblar

“Renault” komandasının sürücüsü Daniel Rikkardo və “Toro Rosso”nun pilotu Daniil Kvyat Formula 1 SOCAR Azərbaycan Qran-Prisində mübarizəni erkən dayandırmalı olublar.

Frame.az xəbər verir ki, Qran-Prinin 34-cü dövrəsində D.Rikkardo ötmə əməliyyatını yerinə yetirərkən sürət çox yüksək olduğu üçün dönə bilməyib. Buna görə D.Kvyat da dönməni həyata keçirə bilməyib. Daha sonra bolidi geri hərəkət etdirən D.Rikkardo bolidi D.Kvyatın bolidinə çırpılıb. Nəticədə hər iki bolid zədələndiyi üçün pilotlar mübarizəni erkən başa vurublar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: