İspan və portuqal dillərində “rio” çay deməkdir. Latın Amerikasının çay üzərində yerləşən bir çox şəhər adları məhz “Rio” sözü ilə başlayır. Amma bu şəhərlərdən ən böyüyü – Rio-de-Janeyro öz adını səhvən alıb. Portuqal dəniz səyyahları bu yerə 1 yanvar 1502-ci ildə gəlib çatırlar və körfəzi səhvən çay mənsəbi sanaraq buraya Rio de Janeyro – “Yanvar çayı” adı verirlər. Sonradan çay tapılmasa da verilən ad həm körfəzə, həm də yeni salınmış bu şəhərə aid edilir.
Frame.az