Bizim AşpazDünya MətbəxiEventsFestivallarLəzzətli BölümMədəniyyətTəqdimat

Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov” festivalı keçirilib

Martın 21-də Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov” festivalı keçirilib.

Novruz bayramı adət-ənənələrinin təbliği və qoruğa gələn ziyarətçilərə Azərbaycan mətbəxinin şahı hesab edilən, eləcə də bir sıra ölkələrin mətbəxində əhəmiyyətli yer tutan plovun müxtəlif növləri təqdim olunub.

Festivalda qonaqların iştirakı ilə bayram tonqalı yandırılıb. Azərbaycan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş olunub, pəhləvan və kəndirbazlar çıxış edib, uşaqlar üçün kəndirdartma oyunları təşkil olunub.

Sonra qonaqlar üçün konsert proqramı təqdim olunub və uşaqların əl işlərindən ibarət rəsmlər sərgilənib.

Festival çərçivəsində əl işlərinin və suvenirlərin satış yarmarkası da təşkil olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!