EventsMusiqiOperaTəqdimat

Rossininin  “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək

Martın 9-da  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin  “Sevilya bərbəri” operasının tamaşası keçiriləcəkdir.

Həmin tamaşada Fiqaro partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın “Novaya opera” Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı  Aleksey Boqdançikovu  dəvət  eymişdir.

Rusiyalı vokalçı ilə yanaşı tamaşada Azərbaycan  Opera və Balet Teatrının solistləri – Xalq  artistləri Fidan Hacıyeva (Rozina), Əli Əsgərov (Don Bazilio),  Əkrəm Poladov  (doktor Bartolo), Əməkdar artistlər  Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), həmçinin  solistlər Nina Makarova (Berta)  və Firus Məmmədov (zabot) çıxış  edəcəklər.

Tamaşanı Əməkdar artist, dirijorların  beynəlxalq müsabiqələrinin və “Humay” Milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!