EventsOxu zalıTəqdimat

“Rusiya xarici jurnalistlərin gözü ilə” kitabının təqdimatı olub

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Azərbaycan jurnalistləri Zaur Babayevin və Fərhad Nuriyevin “Rusiya xarici jurnalistlərin gözü ilə” kitabının təqdimatı olub.

Frame.az xəbər verir ki, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov müəllifləri təqdim edib. O bildirib ki, kitabda SSRİ dağılandan sonra Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındakı siyasi-hüquqi, ticari-iqtisadi, mədəni və humanitar münasibətlərin inkişafı və müasir vəziyyəti kompleks tədqiq edilib.

Tanınmış Azərbaycan jurnalisti, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti, müasir jurnalistikanın nəzəriyyəsinə və təcrübəsinə dair 30-dan çox kitabın və elmi monoqrafiyanın müəllifi Zaur Babayev və beynəlxalq münasibətlərdən yazan Fərhad Nuriyev kitab üzərindəki işdən danışıblar. Onlar bildiriblər ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan bu nəşrdə sözügedən dövrdə ölkələrimiz arasındakı əlaqələrin təhlili verilib. Müəlliflər tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür ediblər.

RF-nin Azərbaycandakı səfiri Mixail Boçarnikov, Milli Məclisin deputatı, publisist Elmira Axundova, Miniatür Kitab Muzeyinin təsisçisi, Əməkdar mədəniyyət xadimi Zərifə Salahova, BDU-nun jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli və başqaları ali məktəblərdə beynəlxalq münasibətlərin öyrənilməsi üçün nəzərdə tutulan bu nəşrin əhəmiyyətindən danışıblar.

“Tural-Nəşr” nəşriyyatında çapdan çıxan kitabın elmi redaktoru, filologiya elmləri namizədi, BDU-nun beynəlxalq jurnalistika kafedrasının professoru Nəsir Əhmədlidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!