SəyahətTurizm

Rusiyalı turistlərin ən çox səfər etdikləri postsovet ölkələri

Azərbaycan bu ilin 6 ayında Rusiyaya səfər edən turistlərin sayına görə ilk beşlikdə yer alır.

Frame.az Lenta.ru saytına istinadən xəbər verir ki, bu müddətdə ölkəmizdən Rusiyaya 403 min nəfər səfər edib. Ukrayna Rusiyaya gedən xarici vətəndaşların sayına görə lider olub. Rusiya bu dövr ərzində təxminən 3,9 milyon ukraynalını qəbul edib. Sonrakı yerlərdə Qazaxıstan, Çin, Finlandiya və Azərbaycan qərarlaşıb.
Eyni zamanda rusiyalı turistlərin səfər etdikləri postsovet ölkələri arasında Azərbaycan ön sıralardadır.
Rusiyanın “Aeroklub” şirkətlər qrupu işgüzar turizm bazarının liderlərini müəyyən edib. Azərbaycan rusiyalıların yaxın xarici ölkələr arasında biznes məqsədilə ən çox səfər etdiyi 5 ölkə siyahısına daxil edilib.
Tədqiqatın nəticələrinə görə, 2017-ci ildə rusiyalılar biznes səfərləri üçün Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belarus və Azərbaycanı seçiblər. Maraqlıdır ki, son bir neçə il ərzində Gürcüstan ilk dəfə olaraq üçlüyə daxil olub. Rusiyadan bu ölkəyə biznes-uçuşların sayı 2,5 dəfə artıb.
Ukrayna siyahıda 6-cı mövqeyə enib. İki ölkə arasında birbaşa aviauçuşlar ləğv edildiyindən, Rusiya iş adamlarının 70 faizi Belarusdan, 17 faizi Azərbaycandan, 4 faizi Latviyadan tranzit yolla Ukraynaya gedir.
Qeyd edək ki, “Aeroklub” şirkətlər qrupu korporativ müştərilər üçün işgüzar səfərlər və tədbirlər təşkil edir.

TurizmMedia.Az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!