EventsMusiqiTəqdimatƏyləncə

Rusiyanın tanınmış estrada müğənnisi Aleksey Çumakov-un solo konserti baş tutub

Dünən Rusiyanın tanınmış estrada müğənnisi Aleksey Çumakov-un solo konserti baş tutub.

Frame.az xəbər verir ki, sənətçi öz sevənlərini Heydər Əliyev Sarayında bir araya gətirib.

Konsert boyu ifaçı öz sevilən mahnılarını səsləndirib.

Konsertə gələn tamaşaçılar isə Çumakovu müşayət edərək, onun mahnılarını bir ağızdan ifa ediblər.

Konsert zamanı bir xanım tamaşaçı Çumakova gül dəstəsi hədiyyə edərək bu zalda əyləşən amma bir-biri ilə küsülü olan sevgililəri barışdırmayı rica edib. Müğənni xanımın istəyini yerə salmayaraq bəyin adından küsülü xanıma sevgi dolu mahnısını ifa edib. Daha sonra o zalda əyləşən bütün tamaşaçılara bir-biriləri ilə salamlaşmayı, bir-birilərinə hər zaman hörmətli olmayı rica edib.

Məlumat üçün bildirək ki, Aleksey Çumakov 1981-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olub.

Aleksey Çumakov ilk solo konsertini 2018-ci ilin dekabr ayında Bakıda keçirib.

Çumakov həmçinin Bakıda təşkil olunan “JARA” musiqi festivalında 2 dəfə iştirak edib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!