Səbinə Zülalovanın “Macenta” yeni kapsul kolleksiyasının nümayişi baş tutdu

“Marriott Boulevard Hotel Baku” hotelində Səbinə Zülalovanın “Macenta” yeni kapsul kolleksiyasının nümayişi və onun eyni adlı ilk kitabının təqdimatı baş tutdu. Layihə “Arts Council Azerbaijan” və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirildi.

Mədəniyyət xadimi, dizayner və bir sıra biznes layihələrinin müəllifi Səbinə Zülalova həm də “Arts Council Azerbaijan” şirkətinin dizayn sahəsində nümayəndəsidir.

“Macenta” kolleksiyasının yaradılması zamanı dizayner Azərbaycanın əməkdar rəssamı Rəşad Mehdiyevin əsərlərindən ilhamlanıb. Layihənin konsepsiyası incəsənətin köməkliyi ilə nadir quş növlərinin yox olması probleminə diqqəti cəlb etməkdən ibarətdir.

Nəciblik və qeyri-trivial kəsim əsas olaraq götürülmüş və dizaynerin üslub həlləri ilə ustalıqla ifadə olunmuşdur. Kolleksiyada modelyerin xarakterik imzası – parlaq aksentlər və inanılmaz qadınlıq izlənilir.

Podiumda biri-birini əvəzləyərək modellər qismində media şəxsiyyətləri və mədəniyyət xadimləri görünürlər. İştiraçılardan hər biri sadəcə podiumda nümayiş göstərmir, həm də Səbinə Zülalovanın kitabındakı şerlərdən parçalar oxuyurdu.

Eləcə də tədbirdə layihənin səfirləri – Çingiz Abdullayev və Natiq Rəsulzadənin şəxsində Yazıçılar Birliyinin nümayəndələri, şairə Ülviyyə Axundova, Bakı Kitab Mərkəzinin direktoru, yazıçı və publisist Günel Anarqızı, əməkdar rəssam Rəşad Mehdiyev çıxış etdilər.

Layihə xeyriyyə xarakteri daşıyır: kolleksiyanın satışından toplanan bütün vəsaitlər Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Azərbaycan ərazisində yox olmaqda olan quş növlərinin qorunması üzrə yardım fonduna yönləndiriləcəkdir.

Bu nümayişdə 200-dən çox qonaq toplaşmışdı ki, onların arasında diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri, influenserlər, biznes və media ictimaiyyətinin nümayəndələri də vardı.

İnformasiya dəstəyi – Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: