Site icon Frame.az

“Şəmkir Excelsior Hotel” otelinə möhtəşəm Yeni il turu

“AtaTravel” MMC  “Şəmkir Excelsior Hotel” otelinə Yeni il turu təklif edir.

“AtaTravel” MMC 31 dekabr-3 yanvar tarixlərinə  “Şəmkir Excelsior Hotel” otelinə Yeni il turu təklif edir. Bir nəfər üçün 3 gecə və  4 günlük turun qiyməti 245 AZN təşkil edir.  Turun qiymətinə 3 gün səhər və şam yeməyi, Yeni il şam yeməyi, Şəmkir  şəhər parkına gəzinti və DJ Huseynin iştirakı ilə  diskoteka daxildir. 6 yaşadək uşağın iştirakı pulsuzdur. 6 yaşdan 11 yaşa qədər olan uşaq üçün qiymət 150 AZN təşkil edir. Yeni il tədbirinin proqramında  müxtəlif əyləncələr keçiriləcək.

Daha geniş məlumat almaq üçün “AtaTravel” MMC-yə (994 12) 493-05-01 (daxili  104) nömrəli telefona  və  ya  050 245 05 09 mobil telefonuna  zəng vurun. “AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda  “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel  Baku”  oteli fəaliyyət göstərir.  2011-ci ildə təsis edilmiş  “AtaTravel”  turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət  öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlə təmin edir. Frame.az

Exit mobile version