EventsMədəniyyətTeatrTəqdimat

“Sən qayıdacaqsan” tamaşasının premyerası baş tutub

Martın 31-də Bakı Bələdiyyə Teatrının hazırladığı “Sən qayıdacaqsan” tamaşası DTX Mədəniyyət Mərkəzində geniş tamaşaçı auditoriyasına təqdim olundu.

31 mart soyqırımına, həmin gün azərbaycanlılara qarşı törədilmiş soyqırımın timsalında bütün dünyada törədilmiş müharibələrə həsr olunan “Sən qayıdacaqsan” tamaşasının premyerası anşlaqla keçdi.

Qeyd edək ki, rejissor, Əməkdar artist Bəhruz Vaqifoğlunun pyesi əsasında hazırlanan tamaşanın qəhrəmanlarının adları ümumiləşdirilib və onların hər biri müharibənin özünü və sonrakı fəsadlarını yaşayan insanlardır. Hər bir qəhraman hər gün eyni vaxta qatar yoluna tələsir, eyni vaxta qatar yolunda müharibədə itirdiklərinin yolunu gözləyir.

Əsərin sonunda qəhrəmanlar yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirirlər ki, bu da onların həsrətinə son qoyur. Əsərin ideyası da məhz bunun üzərində yazılıb.

Səhnə əsərində müharibə qurbanlarının yaşantıları, müharibənin fəsadlarını yaşayan insanların hər birinin itirdiklərinin yolunu gözləməsi, bir sözlə, müharibənin ağrı-acısı Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında böyük həyəcan yaradırdı.

Tamaşada istifadə olunan bir çox dekorlar, əlbəsələr, sözlər simvolika üzərində yazılıb. Səhnədə qurulmuş dəmir yol xətti, dəmir yol xətlərinin dağılmış halda bir-birinə birləşməyən 4 yol ayrıcına  bənzəməsi, əsərin sonunda qəhrəmanların yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirməsi və bununla da onların həsrətinə son qoyulması və s. məqamlar müharibənin törətdikləri fəsadlara baxmayaraq insanoğlunun birlik olaraq yenidən həyatına davam etməsi sabahlara olan inamdan xəbər verirdi.

Əsərin ideyası da məhz bunun üzərində yazılıb və qurulub. Oturub gözləmək və istəmək azdır. Bunun üçün nələrsə etmək lazımdır.

Əsərin müəllifi və quruluşçu rejissoru Vaqif Bəhruzoğlu, ideya müəllifi Hüsniyyə Mürvətova, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Səbuhi Səmədovdur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!