Site icon Frame.az

Şən və Hazırcavablar Klubunun “Yunior liqa” respublika çempionatının 4-cü mövsüm oyunlarının açılış festivalı keçirilib

Azərbaycan Şən və Hazırcavablar Klubu Təhsil Nazirliyinin və Gənclər və İdman Nazirliynin dəstəyi ilə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir. Noyabr ayının 3 və 4 tarixlərində Rəşid Behbudov adına dövlət mahnı teatrında keçirilən festivalda 12 ŞHK komandası iştirak etmişdir. Noyabr ayının 3 tarixində birinci oyun günü çərçivəsində 6 komanda səhnəyə çıxmışdır. Bunlar : 193 saylı məktəbin “Antonina Abrikosovna” ŞHK komandası, “Sbornaya 23 şkolı” 23 saylı məktəbin ŞHK komandası, 210 saylı məktəbin ” Sup v kvadrate” ŞHK komandası, “21 vek” 21 saylı məktəbin ŞHK komandası, ” 20 vek foks” 20 nömrəli məktəb-lisey SHK komandası və 17 nömrəli məktəbin ” Sbornaya 17 şkolı ” ŞHK komandaları olmuşdular.

Ənənəvi olaraq gənc istedadlara qiymət vermək üçün, oyuna respublikanın çox maraqlı və tanınmış simaları olan münsiflər heyəti dəvət olunmuşdur. Münsiflər heyətinin üzvləri məşur “Parni iz Baku” ŞHK komandasının aktrisa və üzvü olan Yana Nikitina, jurnalist İradə Əsədova , ŞHK aktyoru- AZliqa cempionu Hüseyn Şahverdiyev, aparicı-dj-prodüsser Emil Nəsirov və “Optimal Elektroniks” şirkətinin baş məsləhətcisi kopirayter Xətai Əli olmuşdular.

Maraqlı,gülməli və gərgin yarışma nəticəsində oyunun qalibləri münsiflər heyəti tərəfindən elan olunmuşdur: birinci yerə iki komnda laiq görülmüşdur bunlar ” 20 vek foks” 20 nömrəli məktəb-lisey və 193 saylı məktəbin “Antonina Abrikosovna” ŞHK komandalarıdı, ikinci yer “21 vek” 21 saylı məktəbin ŞHK komandası, üçüncü yer “Sbornaya 17 şkolı ” ŞHK komandalası qazanmışdır. Eyni zamanda “Ən yaxşı debüt” Kubokunu 210 saylı məktəbin ” Sup v kvadrate” ŞHK komandası qazanmışdır.

Noyabr ayını 4 ikinci festival günü çərçivəsində yarışlara daha 6 ŞHK komandası qatılmışdır :167 saylı məktəbin “Çebupelli” ŞHK komandası, 16 nömrəli liseyin “Fiksiki” ŞHK komandası, “Palata nomer 6” 6 saylı məktəb-lisey ŞHK komandası, 102 saylı məktəbin “Zavadnoy Apelsin” ŞHK komandası, “Sparta-Ankara” Ankara liseyinin ŞHK komandası və 160 saylı klassik gimnaziyanın ” 160 % smexa” ŞHK komandası.

Əlbəttə ŞHK yarışmaların duzu olan, gülüş tərəzisinin sahibləri, münsiflər heyəti : “Parni iz Baku” ŞHK komandasını üzvü- rejissor-müəllif mahnısı klubunun prezidenti Cavid İmamverdiyev, jurnalist-yazıçı-publisist Namik Həsənli, tanınmış aktyor-teleaparıcı- parodiyaçı Elcan Rəsulov, “Parni iz Baku” ŞHK komandasının aktrisa və üzvü olan Yana Nikitina və ŞHK -nın dostu- Təsil Nazirliyinin nümayəndəsi Ruslan Quliyev.

İkinci festival günü səhnəyə Şən və Hazırcavablar Klubunun daha səriştəli komandaları çixmasını nəzərə alaraq oyun çox maraqlı qözlənilməz gülməli səhnəciklərlə, gənc istedların mükəmməl aktyor oyunları ilə tamaşaçıların rəğbətini qazanaraq yadda qalmışdır.

Uzun çəkən gərgin müzakirələrdən sonra münsiflər heyəti öz qərarını açıqladı: Birinci yer 167 saylı məktəbin “Çebupelli”, İkinci yerin nəticələri təcüblü olsa belə 16 nömrəli liseyin “Fiksiki” ŞHK komandası, “Palata nomer 6” 6 saylı məktəb-lisey ŞHK komandası, 102 saylı məktəbin “Zavadnoy Apelsin” ŞHK komandası və 160 saylı klassik gimnaziyanın ” 160 % smexa” ŞHK komandaları laiq görülmüşdü, üçüncü yerin sahibi “Sparta-Ankara” Ankara liseyinin ŞHK komandası qazanmışdır. “Ən kreativ komanda” Kuboku ilə festivalın ən gənc komandası 16 nömrəli liseyin “Fiksiki” ŞHK komandası təltif edilmişdir.

Qeyd etmək lazımdır ki, Şən və Hazırcavablar Klubunun “Yunior liqa” respublika çempionatının 4-cü mövsüm oyunlarının keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Bakı şəhəri Gənclər və İdman Baş idarəsi dəstək olmuşdurlar.

Şən və Hazırcavablar Klubunun “Yunior liqa” respublika çempionatının 4-cü mövsüm oyunlarının açıliş festivalında gənc “Yunior liqa” çempionları Əsmər Əliyeva, Raul Fikrət Əzizli və Ənvər İsmayılov aparıcı qismində çıxış ediblər.

Festivalın xüsusi qonağı qismində Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzidə iştirak etmişdir. Rəşid Behbudov adına dövlət mahnı teatrının əsas foyesində quraşdırılmış stendlərdə robototexnika, innovasiya texnologiyalarının son nəaliyyətlərindən və interaktiv məktəbdənkənar tədris proqramı sahəsində müasir metodoloji resurslar və texnoloji avadanlıq nümayiş etdirilmişdir. Eyni zamanda, mərkəzdə fəaliyyət göstərən kursların modullar üzrə tədrisi və “Multiart”, “Multimusic”, “Robotics”, “K-First”, “Multielm”, “Multitexnologiya” modulları barədə festivala gələn tamaşaçilara məlumat verilmişdir.

Frame.az

Exit mobile version