Site icon Frame.az

“Səs Azərbaycan” layihəsinin yarımfinalçısı ilk klipini təqdim edib

Nadir səs tembrinə malik olan qeyri-adiliyi və özünəməxsusluğu ilə seçilən “Səs Azərbaycan” televiziya layihəsində Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə xanım Ağayevanın komandasından olan iştirakçı Ləman Dadaşova bu yaxınlarda özünün ilk klipini təqdim edib.

Ləman xanım layihədə çıxışları zamanı minlərlə tamaşaçı sevgisini məhz qeyri-adiliyi və özünəməxsus sadəliyi ilə qazana bilmişdi. Onun ilk klipi “Tək deyiləm” adlı mahnıya çəkilib. Mahnının sözləri və musiqisi bəstəkar Gövhər Həsənzadəyə məxsusdur.

Gənc ifaçının hissləri, dünya görüşü və ətrafa olan sevgisi bu mahnıda öz əksini tapıb. Klipin çəkilişində müğənni xanımın dostları operator Kamran Aydınov, montajçı Emin Həsənov yaxından iştirak edib.

Layihənin koordinatoru Səmra Axundovadır.

Klipdə hər kəs özünə məxsus bir özəllik tapacaqdır və heç kim tək qalmayacaqdır.

Frame.az

http://https://www.youtube.com/watch?v=Tz20z1IJkWA

Exit mobile version