Səudiyyə Ərəbistanında 2023-cü ildə Formula 1 yürüşləri keçirməyə hazırlaşırlar

Səudiyyə Ərəbistanında yeni avtodromun layihəsi təqdim edilib. Nəzəri baxımdan, bu avtodrom ilk Formula 1 yürüşlərini 2023-cü ildə qəbul edə biləcək. Layihənin rəhbəri Mayk Rayninqer “BBC Sport” nəşrinə müsahibəsində bildirib ki, tras 2023-cü ildə Qran-Pri keçirilməsinə hazır olacaq. O deyib: “Ümid edirik ki, kontrakt bağlanacaq və Səudiyyə Ərəbistanında Formula 1 yürüşləri keçiriləcək. Lakin formal məsələlərin nizamlanması prosesinə bizim aidiyyətimiz yoxdur. Bu məsələ bizim layihənin çərçivəsindən kənara çıxır. Biz dünya səviyyəli yarışları qəbul edə biləcək avtodrom tikirik və 2023-cü ildə onu açacağıq”.

Səudiyyə Ərəbistanında Qran-Pri keçirilməsi barədə saziş hələ bağlanmayıb, lakin tərəflər arasında prinsipial anlaşma əldə edilib. Formula 1 yarışlarının rəhbərliyi bu məsələni şərh etməkdən boyun qaçırıb.

Yanvarın 17-də mətbuat nümayəndələri və gələcək avtodromun təqdimat mərasiminə dəvət edilmiş qonaqlar avtodromun kompüter modeli ilə tanış olublar. 1996-cı ildə dünya çempionu olmuş Deymon Hill, digər keçmiş və fəaliyyətdə olan yürüşçülər, o cümlədən Niko Hyulkenberq, Roman Qrojan və motoyürüşlər üzrə keçmiş dünya çempionu Loris Kapirossi də qonaqlar arasında idi.

2020-ci il mövsümündə 22 yürüşün vaxtı artıq məlumdur. Lakin 2021-ci il üçün təkcə İspaniya Qran-Prisinin təşkilatçılarının kontraktı hələ yoxdur.

Bütün bunlar beynəlxalq dairələrdə tənqidə səbəb olub, çünki Səudiyyə Ərəbistanının tarixən formalaşmış özünəməxsus qaydaları insan haqları barədə Qərbdə üstünlük təşkil edən təsəvvürlərdən çox fərqlənir. Son vaxtlar bu ölkənin neqativ imicinin dəyişməsi üçün səy göstərilir, krallıq beynəlxalq biznes və turizm üçün daha açıq olur. Yeni idman layihələri də bu siyasətə uyğunlaşdırılır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: