FutbolIdman

“Səbail” klubu Azərbaycan Premyer Liqasında yubiley oyununu keçirib

Bakının “Səbail” futbol klubu Azərbaycan Premyer Liqasında yubiley – 75-ci oyununu keçirib.

Bu oyun çempionatın XIX turunun “Neftçi” ilə səfər matçına təsadüf edib. Hesabında 23 qələbə və 37 məğlubiyyət olan paytaxt təmsilçisi yubiley – 15-ci bərabərliyinə imza atıb – 1:1.

Bu qarşılaşma yeniliklə də əlamətdar olub. Eriko da Silva klubun tarixinə Premyer Liqa oyununda avtoqol müəllifi olan birinci futbolçu kimi düşüb. Premyer Liqada 3-cü mövsümünü keçirən komanda avtoqola üzülən 43-cü klub kimi tarixə düşüb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!