FutbolIdmanTəqdimat

“Səbail” səfərdə “Keşlə”ni minimal hesabla məğlub edib

Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunun ikinci matçında “Keşlə” doğma meydanda “Səbail”i qəbul edib.

Frame.az xəbər verir ki, “ASK Arena”da təşkil olunan oyunun taleyini bir qol həll edib. Qarşılaşmada yeganə qolu 51-ci dəqiqədə “Səbail”in yarımmüdafiəçisi Hendrik Ekşteyn on bir metrlik cərimə zərbəsindən vurub.

Fevralın 8 -də turun digər oyunları – “Sumqayıt”–“Zirə” və “Qarabağ”-“Neftçi” matçları keçiriləcək.

Görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Hazırda turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xal olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (16), “Səbail” (15) və “Qəbələ” (13) yer alıblar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!