FutbolIdman

“Səbail”in futbolçusu karyerasını Rumıniyada davam etdirəcək

Bakının “Səbail” klubundan ayrılan Eriko da Silvanın yeni klubu müəyyənləşib.

Braziliyalı müdafiəçi karyerasını Rumıniyanın “Uta Arad” klubunda davam etdirəcək.

Erikonun yeni klub ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.

2019/2020-ci il mövsümünün əvvəlində “Səbail”ə transfer olunan 31 yaşlı futbolçu Bakı təmsilçisində 12 oyuna çıxıb, 1 qol vurub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!