Artıq 5 ildir Şəhidlərin xatirəsinə həsr edilən bu turnir ənənə halını almaqdadır.
Oyunlarda vətənpərlik ruhu aşılanır, bütün oyunlar Şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayır.
Sentyabr ayının 15-də Zabrat kəndində çempionatın püşkatma mərasimi keçirilib.
Komandalar 4 qrupda mübarizə aparacaqlar.
Çempionatın açılış mərasimi sentyabrın 23-ü saat 20:00 da Balaxanı İdman Zalında təşkil olunacaq. Həmin gün Zabrat ST – Binə oyunu ilə turnirə start veriləcək.
Çempionatın təşkilatçısı Rəsmi Necatidir.
Çempionatda iştirak edəcək komandalar.
A Qrupu:
1. Favorit 2. 313 FK 3. Cənub 4. II Mədən 5. Abşeron 6. Röyal Qrup
B Qrupu:
1. Zabrat ST 2. Binə 3. Qarabağ 4. Məğlubedilməzlər 5 Olimpik
C Qrupu:
1. Zülfüqar 2 Bravo 3 Qalaksi 4 Cüdo Klubu 5 Tornado
D Qrupu:
1. Balaxanı 2 Kosmos 3 Borçalı Cəmiyyəti 4 İslam 5 Okean
Çempionatda yarışacaq hər bir komandaya uğurlar arzu edirik.
Frame.az