FutbolIdman

Şəhidlərin xatirəsinə həsr olunan Futzal turniri

Şəhidlərin xatirəsinə həsr olunan Futzal turnirində 1/8 final mərhələsinin oyunları keçirilib. “Borçalı” və “Bravo” komandaları arasında keçirilən görüşdə qapılara 11 qol vurulub. 7:4 hesabı ilə qələbə qazanan “Bravo” kollektivi adını 1/4 final mərhələsinə yazdırıb. Zabrat ST – Favorit matçında birincilər sevinən tərəf olub 9:2. Qrup mərhələsində inamlı təsir bağışlayan “Zülfüqar” “Balaxanı” komandasını 10:7 hesabı ilə məğlub edib. “Okean” 17:3 hesabı ilə Tornado’nu ağır məğlubiyyətə uğradıb. Qalaksi – İslam oyunu 9:3 hesabı ilə “Qalaksi” komandasının qələbəsi ilə yekunlaşıb. “313 FK” Qarabağ’dan güclü olub 7:5. “Abşeron” çətinlik çəkmədən 14:1 hesabı ilə “Olimpik” komandasına qalib gəlib. “II Mədən” “Məğlubedilməzlər” komandasını 11:4 hesabı ilə məğlubiyyətə uğradıb. Borçalı – Bravo 7:4 Zabrat ST – Favorit 9:2 Zülfüqar – Balaxanı 10:7 Okean – Tornado 17:3 Qalaksi – İslam 9:3 Qarabağ – 313 FK 5:7 II Mədən – Məğlubedilməzlər 11:4 Abşeron – Olimpik 14:1

Frame.az

PƏRVİN BAYRAMOV.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!