Şəhidlərin xatirəsinə həsr olunan Futzal turnirinin parlayan ulduzu – Mehdi Əzimzadə
“Tanış olaq” rubrikamızda sizlərə təqdim edəcəyimiz qonaq “Zabrat” klubunun futzalçısı Mehdi Əzimzadədir.
Onun saytımıza verdiyi müsahibəni sizlərə təqdim edirik.
– Neçənci ildə və hansı şəhərdə anadan olmusuz?
– 12 aprel 1990-cı il Bakı şəhərində anadan olmuşam.
– Neçə yaşından Futzalla məşğul olursunuz? – 20 yaşından.
– İlk çıxış etdiyin klub? – Real Bakı.
– Futzala marağın necə yaranıb? – Maştağa kəndində İdman Kompleksi açılmıçdı orada oynadıqdan sonra futzala marağım yaranıb.
– Pərəstiş etdiyiniz futbolçu kimdir? – Xavi Hernandez.
– Oyun üslubuna görə hansı futbolçuya bənzədiyini düşünürsən? – Bir çoxları məni oyun tərzimə görə İnyestaya bənzədirlər mənsə özümü elə özümə bənzədirəm.
– Hansı futbol klubuna azarkeşlik edirsiz? – Barselona.
– İlk məşqçiniz? – Elçin müəllim.
– Boş vaxtınızı necə keçirirsiz? – Boş vaxtlarımda baxmadığım oyunlara baxıram birdə məntiq kitabları oxuyuram. –
Gələcək planlarınız barədə məlumat verərdiniz? – “Zabrat” komandası ilə birlikdə bir çox turnirlərdə iştirak etmək istəyirəm.
Frame.az
PƏRVİN BAYRAMOV.