PR-TanıtımPsixologiyaSağlamlıq

“Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin Şamaxı filialının açılışı olub

“Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin Şamaxı filialının açılışı olub.

Açılışda Azərbaycan Ukranya alyansının sədri Elmar Məmmədov, mərkəzin yeni psixoloq-müəllim kollektivi və başqaları iştirak edib. Elmar Məmmədov mərkəzin fəaliyyəti və perspektiv layihələrlə tanış olub və gələcək işlərində uğurlar arzulayıb. “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru Xavər Abdullayeva 11 ildir fəaliyyət göstərən mərkəzdə bu günə qədər yüzlərlə müxtəlif nitq qüsurlu, psixoloji travma alan, autizm və daun sindromlu, əqli cəhətdən geri qalmış və s. uşaqlara mütəmadi şəkildə dəstək göstərildiyini bildirib. Həmçinin mərkəz hazırda Bakı şəhəri, Qobustan, Şamaxı, Bərdə, Biləsuvar və s. bölgələrdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə sosial layihələr həyata keçirməkdədir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!