Baku City CircuitFormula 1IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Sabahdan Formula 1 trekinin əhatə etdiyi yollarda məhdudiyyətlər aradan qaldırılacaq

Formula 1 trekinin əhatə etdiyi digər küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyətlər plana uyğun olaraq iyunun 8-də səhər saat 06:00-da aradan qaldırılacaq.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, buna baxmayaraq, Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hazırlanan nəqliyyat planında müəyyən dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılıb. Belə ki, bu gündən Bəhram Gur heykəlinin qarşısından “Azneft dairəsi”, Niyazi və İstiqlaliyyət küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

“Azneft dairəsi” – Niyazi küçəsi – İstiqlaliyyət küçəsi – B.Sərdarov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırıldığından 5, 6, 53, 88, 125 və 127 nömrəli marşrutların “20-ci Sahə dairəsi”, 65 nömrəli marşrutun isə “Azneft dairəsi” istiqamətində fəaliyyəti bərpa edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!