Xəbər verdiyimiz kimi AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Şahdağ” FK tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın.
2. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
“Şahdağ” klubunun 1-ci diviziona buraxılmayacağı təqdirdə Regional Liqada mübarizə aparacağı gözlənilir. Çempionatda iştirak etmek üçün büdcə ayrılsa klub fəaliyyətinə davam edəcək, əks halda komanda dağılma təhlükəsi ilə üz-üzə qalacaq. Klubun sponsorla təkcə Regional Liqada iştirakı ilə bağlı danışıqlar getmir. Klubun indiki durumu çox acınacaqlıdır. AFFA və PFL-in birgə komissiyası I divizionda çıxış etmək istəyən klublardan yalnız sənədləri qaydasında olan 8 kluba icazə verilib. “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan” və MOİK-in çempionatda iştirakı dəqiqləşib.
Frame.az
PƏRVİN BAYRAMOV