Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti, Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi, həmçinin bir sıra dövlət qurumlarının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq Korporativ Sosial Məsuliyyət (KSM) layihələri üzrə ümumrespublika müsabiqəsinin elan olunması üçün mətbuat konfransı keçirilib.
Layihənin əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinin və xeyriyyəçilik işlərinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihər həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir.
Müsabiqəyə layihə qəbulu 01.10.2018-15.11.2018-ci il tarixinədək davam edəcək. Qəbul olunan layihələr Komisiya üzvləri tərəfindən standart meyyarlar əsasında anonim qiymətləndiriləcək və 21 dekabr 2018-ci il tarixində müxtəlif sektorlar və nominasiyalar üzrə uğurlu KSM layihələr həyata keçirmiş şirkətlər Korporativ Sosial Məsuliyyət üzrə Milli Mükafatı və xüsusi diplomla təltif olunacaq.
Müsabiqədə iştirak şərtləri:
2016-2018-ci illər ərzində şirkətin Azərbaycan Respublikası ərazisində həyata keçirdiyi KSM layihə (və ya xeyriyyəçilik işləri) haqda pdf formatında məlumatlar aşağıda göstərilən emailə göndərilir;
Layihənin həyata keçirildiyini təsdiq edən foto, video materiallar və KİV məlumatların linki;
Layihənin təsviri (məqsədi,büdcəsi, keçirildiyi ərazi, benefisiarları və s.) haqqında ətraflı məlumat
Komisiyanın tərkibi:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
Asan Xidmət
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi
Proaktiv Şirkəti
Əlaqələndirici şəxslər:
Şahanə Sarı – 055 776 11 10 info@proaktiv.az
Cavid Kərimov – 55 230 86 22 – ckarimov@ask.org.az
Frame.az