MaraqlıƏn Son

Samsung bütün dünyada Galaxy Note7 qurğularının yeniləri ilə əvəzlənməsi barədə elan verir

Azərbaycanda satışların başlanğıcı – payız 2016-cı il

Samsung Electronics dünyada Galaxy Note7 smartfonunun satışının dayandırılması barədə xəbər verir. Bu günədək satılmış bütün qurğular pulsuz olaraq yeniləri ilə əvəzlənəcək.

“Samsung-un əsas məqsədi yüksək keyfiyyətli məhsulların istehsalıdır. Şirkət istehsal etdiyi qurğularla bağlı daxil olan bütün xəbərlərə çox ciddi yanaşır. Galaxy Note7 ilə bağlı hadisələrə aid aldığımız məlumatlar əsasında hərtərəfli araşdırma aparıldı və nəticədə akkumulyatorda mümkün problemlər aşkar edildi. Sentyabrın 1-nə dünya üzrə ümumilikdə 35 hadisə qeydə alınmışdır. Təchizatçılarımızla birgə əsaslı və hərtərəfli yoxlama keçiririk ki, potensial defektləri üzə çıxaraq. İstifadəçilərin təhlükəsizliyi bizim üçün birinci yerdə olduğu üçün qurğunun satışları dayandırılımışdır”, – Samsung Electronics-in cümə günü, sentyabr ayının 2-də yayılan rəsmi açıqlamasında belə deyilir. Azərbaycanda satışlar payıza planlaşdırılıb və o, yeni partiya məhsullar ilə həyata keçiriləcək. Galaxy Note7-nin satışının Azərbaycan bazarında başlanğıc tarixi barədə tezliklə xəbər veriləcək.

Öncədən sifarişi artıq rəsmiləşdirmiş və ya ödənişi yerinə yetirmiş bütün istifadəçilər öz Galaxy Note7-sini ilk alanlar sırasında olacaq. Alıcılar, öz istəyindən asılı olaraq, öncədən sifarişdən və ya yerinə yetirilmiş ödənişdən imtina edərək vəsaitlərini tam həcmdə geri almaq haqqına malikdirlər.

Samsung Electronics bu hadisə ilə bağlı bütün mümkün narahatlıqları anlayır, amma bildirmək istərdi ki, bütün görülən tədbirlər yalnız və yalnız şirkətin satdığı məhsulların yüksək keyfiyyətinin qorunması naminədir. İstehsalçı tərəfdaşlarla sıx əlaqədə işləyir ki, mübadilə prosesi alıcılar üçün mümkün qədər rahat keçsin və onlar öncül Galaxy Note7 smartfonunun bütün imkanlarından hər hansı məhdudiyyətsiz istifadə edə bilsinlər.

Samsung Electronics Co. Ltd. insanları ilhamlandıraraq televizorlar, smartfonlar, daşıyıcı qurğular, planşetlər, kameralar, məişət əşyaları, printerlər, tibbi avadanlıqlar, şəbəkə qurğuları, yarımkeçiricilər və işıq-diod həllər dünyasında istehlakçı bazarının gələcəyini formalaşdıraraq öncül ideyaları həyata keçirir və innovativ texnologiyaları tətbiq edir. Bununla yanaşı, şirkət bazarda açıq SmartThings platformunun, çoxsaylı ağıllı qurğuların buraxılışı və aktiv sənaye-arası əməkdaşlığı sayəsində innovativ Əşyalar İnterneti (Internet of Things) sənaye sahəsinin inkişafında liderlərdən biridir. Dünyanın 84 ölkəsində 319 mindən artıq insan bizdə işləyir, satışların illik həcmi isə 196 mlrd ABŞ dolları təşkil edir. Haqqımızda, eləcə də son yeniliklərimiz, tematik məqalələr və press-materiallarımız barədə daha ətraflı məlumat almaq üçün Samsung Newsroom news.samsung.com ünvanına daxil olun

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!