Layihənin məqsədi 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsindən, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirilməsindən, 2017-ci il ərzində Samux rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsindən və valideynlərin İcma Əsaslı Reabilitasiya haqqında məlumatlandırlmasından ibarətdir.
Layihə çərçivəsində18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstəriləcək. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edəcək.
Sosial iş,
Gündəlik həyat (funksional) vərdişləri (abilitasiya),
Sosial-psixoloji dəstək,
Sosiallaşma və ünsiyyət,
Koqnitiv bacarıqlar və təhsil,
Nitq problemləri,
Hərəkət problemləri (fiziki inkişaf).
Mərkəzin fəaliyyətindən yararlanmaq istəyən Samux rayon sakinləri İstedadlə Əlillər İctimai Birliyi ilə əlaqə saxlaya bilər.
Əlaqə vasitələri: Tel. 050-999-30-79
E-poçt. istedadlieliller_ib@yahoo.com
Frame.az