EventsQalereyaŞəkillərSərgiTəqdimat

“Sarıbaş” adlı sərgi keçiriləçəkdir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Qalereya-1969” qalereyasında rəssamlar Fərhad Yalquzaq və Nazim Məmmədovun rəngkarlq əsərlərindən ibarət “Sarıbaş” adlı sərgi  keçiriləçəkdir.

Sərgi Qax rayonun Sarıbaş kəndinə ezam olunan Fərhad Yalquzaq və Nazim Məmmədov burdakı iqlimi, təbiətin rənglərini müşahidə etməklə kətana köçürtmüşlər.

Qeyd etmək lazımdır ki, qədim tarixi və özünəməxsus ənənələri olan bu kənddəxeyli ev olsa da, onlardan yalnız 30 mənzildə yaşayış var. Qalan sakinlər yol və yaşayış bir qədər çətin olduğu üçün rayon mərkəzinə və yaxud başqa kəndlərə köç ediblər.

Sarıbaş kəndi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, İlisu kəndindən 7 km. Şimal-Qqərbdə yerləşir. Qışı sərt yayı isə mülayimdir. Yüksək dağlarla əhatə olunub.

Sarıbaş kəndinin əhalisi monoetnik olsa da tarixi mərhələlər üzrə burada məskunlaşmış müxtəlif etnik qrup və xalqların qaynayıb qarışması nəticəsində formalaşmışdır. Kənd əhalisinin mədəniyyəti diffuz(qaynayıb qarışma nəticəsində yaranan) mədəniyyətdən təsirlənmişdir.

Əsrlərdir, kənd əhalisi çətinliklərə baxmayaraq Sarıbaşda yaşamağa, öz tarixini yaşatmağa çalışır.

Bu ilk dəfədir ki, həmin kəndin təbiətini əks etdirmək, incəsənətin təsirli vasitəsi ilə insanlarda bu kənd haqda təsəvvür oyatmaq, tamaşıçıların, turizm şirkətlərinin diqqətini bu qədim diyara cəlb etmək məqsədi ilə rəssamlar Sarıbaşa ezam olunub və canlı naturadan çəkdikləri etüdlər əsasında mənzərə janrında mükəmməl əsərlər yaradıblar.

Sərginin açılışı 2018-ci il sentyabr ayının 27-də saat 17:00-da “Qalereya-1969”-da (Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 69 E.) keçiriləcəkdir.

Sərgi 3 gün davam edəcəkdir. Əsərlər daha sonra respublikanın digər şəhər və rayonlarında da nümayiş etdiriləcəkdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!