Site icon Frame.az

“SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – “SAY: Solidarity” layihəsinə start verildi

“İRƏLİ” İctimai Birliyi Azərbaycan Respuiblikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında – “SAY: Solidarity” layihəsinə start verir. SAY hərəkatının 5-ci fəaliyyəti çərçivəsində təşkil olunacaq layihə İslam Həmrəyliyi ilinə həsr olunmuşdur. Açıq hava şəraitində qurulmuş yaşayış çadırlarında qalacaq olan gənclər könüllülük proqramı, könüllülük fəaliyyətinin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə edəcəklər. Maarifləndirici əhəmiyyət daşıyan bu layihədə ekspertlərlə görüşlər keçiriləcək, həmçinin bunlarla paralel olaraq gənclər bir sıra sosial və idman fəaliyyətlərində yer alacaqlar.

Layihənin əsas məqsədi: “Support of Azerbaijan Youth (SAY): Solidarity” layihəsinin əsas məqsədi – Azərbaycanda İslam həmrəylinin möhkəmləndirilməsində gənclərin rolunun arıtırlması, tolerantlıq prinsiplərin və yaşıl “düşüncənin” formalaşdırılması, mədəniyyətlərarası təbliğatda gənclərin aktiv iştirakını təmin etməklə, ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaqdan ibarətdir.

Düşərgənin başlama tarixi: İyun ayının sonu
Son müraciət tarixi: 09.06.2017
Tərəfdaş: Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Layihənin keçirilmə məkanı: Balakən, Azərbaycan
Fəaliyyət Növü: Düşərgə (Çadır)
Layihə Koordinatoru: Elvin Səhətbəyli

İştirakçıların seçim meyarı :

Yaş məhdudiyyəti : 18-25 yaş
– “İRƏLİ” İctimai Birliyinin üzvü olmalı (Əgər üzv deyilsə, üzvlük qeydiyyatından keçib daha sonra layihə üçün müraciət etməli. Üzvlük üçün qeydiyyat linki: http://ireli.az/joinus/ )
– SAY hərəkatının heç bir layihəsinin iştirakçısı olmamalı (SAY: Könüllülük Akademiyas, SAY: Green, SAY: Multiculturalism və SAY: Volfest )
– Layihədə iştirak üçün yüksək motivasiyası olmalı
– Layihə dövründə iştirak edəcək şəxslər layihənin davamlılığı üçün nəzərdə tutulan fəaliyyətlərdə aktiv iştirak etməli
– Ekstrilam şəraitdə qalmağa hazır olması (çadır şəraiti)
– Mütəmadi xəstəliyi olmamalı

Layihəyə ərizə forması: http://ireli.az/product/say-solidarity/

Qeyd 1: Layihə çərçivəsində iştirakçıların nəqliyyat, yaşayış və qida xərcləri “İRƏLİ” İctimai Birliyi tərəfindən qarşılanır.

Əlavə məlumat üçün:
Ünvan: Bakı, AZ1009, Səməd Vurğun 43
Telefon: (+99412) 597-48-13
Əlaqələndirici şəxs: Elvin Səhətbəyli
Email: elvin.sahatbayli@ireli.az

Frame.az

Exit mobile version