MotivasiyaSağlamlıqTəqdimat

“Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzindən uşaqlara töhfə

Yeni tədris ilinin başlanması münasibətilə “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzi uşaqları həvəsləndirmək və yeni tədris ilinə motivasiya etmək məqsədilə sosial layihə həyata keçirib. Layihə çərçivəsində Azərbaycan uşaq şairi, “Qızıl Qələm” mükafatı laureatı, filologiya elmləri doktoru, professor Zahid Xəlilin uşaqlarla görüşü təşkil olunub.

Görüş zamanı uşaqlar şairin yeni şeirlərini dinləyib, həmçinin şairin yaradıcılığı və Azərbaycan ədəbiyyatı, o cümlədən dahi Nizami Gəncəvi, Səməd Vurğun, Mirzə Ələkbər Sabir və başqa şairlərin həyat və yaradıcılığından söhbət açılıb. Tədbir zamanı uşaqlar da bildikləri şeirləri söyləyib və şairin yeni kitabı ilə tanışlıq mərasimi olub. Sonda həmin kitablar imzalanıb uşaqlara təqdim olunub. Tədbir xatirə fotosu ilə yekunlaşıb.

Qeyd edək ki, 11 ildir fəaliyyət göstərən “Səlis” Psixologiya və Nitq İnkişaf Mərkəzi bu günə qədər yüzlərlə müxtəlif nitq qüsurlu, psixoloji travma alan, autizm və daun sindromlu, əqli cəhətdən geri qalmış və s. uşaqlar üçünmütəmadi şəkildə sosial layihələr həyata keçirir.Mərkəz hazırda Bakı şəhəri, Qobustan, Şamaxı, Bərdə, Biləsuvar və s. bölgələrdə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş silsilə sosial layihələr həyata keçirməkdədir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!